RU

ABŞ-dakı seçkilərin dünyaya və Azərbaycana təsirləri nə olacaq?

Xəbər vediyimiz kimi, amerikalılar bu gün 47-ci ABŞ prezidentini seçmək üçün səs verir. Ağ evin növbəti administrasiyası uğrunda mübarizə əsasən iki partiya arasında gedəcək. Bu gün seçicilər Respublikaçılar Partiyasından namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında seçim edəcəklər.

ABŞ-dakı seçkilər Azərbaycan üçün nəyi dəyişəcək?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a politoloq Yusif Bağırzadə açıqlama verib.

O bildirib ki, ABŞ-da kimin seçki yarışının qalibi olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Çünki ABŞ qanunvericiliyində seçkilərdə son söz sahibi faktiki olaraq seçicilər deyil.

“Seçilmiş nümayəndələrin, yəni təmsilçilərin sayı həlledicidir. Məsələn son seçkilərdə Tramp ABŞ tarixində seçicidən ən çox səs alan namizəd olmasına baxmayaraq nümayəndələrin səs çoxluğunu ala bilmədiyi üçün prezident seçilə bilmədi. Və ya ondan əvvəlki seçkilərdə Tramp və Klinton mübarizəsində Klinton seçicilərdən daha çox səs almasına baxmayaraq təmsilçilər Trampa üstünlük verdikləri üçün president də Tramp seçildi. İndi də seçici səsləri ilə proqnozlarda namizədlər arasında olduqca cüzi səs fərqi olmasına baxmayaraq təmsliçilərin kimə üstünlük verəcəyi məlum olmadığı üçün nəticəni də proqnozlaşdırmaq çətindir”.

Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatlarında keçiriləcək Prezident seçkilərinin nəticələri təkcə Amerikada hiss edilməyəcək, eyni zamanda, bu, bütün dünyada hiss olunacaq.

“Seçkilərin nəticələrinin bizim üçün nəyi dəyişəcəyinə gəldikdə isə təbii ki, Amerikanın oturuşmuş xarici siyasəti var və buna görə də, ABŞ-ın xarici siyasət strategiyası davam edəcək. Lakin burada bir məqam var ki, onu da qeyd etmək zəruridir. Tarixə nəzər salsaq görərik ki, ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq onlar Azərbaycanla müqayisədə Ermənistana hər zaman daha yaxın olublar. Elə müxtəlif hakimiyyətlər dövründə ATƏT-in Minsk qrupu həmsədri qismində Ağ evin mövqeyi və işğala məruz qalan ölkəni deyil, prossesin uzanması ilə işğalçıya dəstək verdikləri bunun bariz sübutudur. O başqa məsələdir ki, Respublikaçılarla müqayisədə Demokratların hakimiyyəti dövründə biz ABŞ tərəfindən daha çox təzyiqlərlə üzləşmişik. 907-ci düzəlişin tətbiqi, sanksiyalarla bağlı hədələr və bir çox digər məsələlər məhz Demokratların hakimiyyəti dövründə baş verib. Elə indi də Bayden hakimiyyətinin və ermənilərə xüsusi simpatiyası ilə seçilən Harrisin mövqeyinə baxanda görərik ki, onlar Ermənistanın silahlandırılması və maliyyə dəstəyi fonunda ölkəmizə qarşı təzyiq kampaniyasını davam etdirirlər.

Digər bir məsələ də var ki, o da İkinci Qarabağ savaşı və həmin dövrdə ABŞ-ın sərgilədiyi mövqe ilə bağlıdır. Biz İkinci Qarabağ savaşına məhz Trampın hakimiyyəti dövründə başladıq və işğalçı üzərində qələbə çaldıq. Həmin dövrdə ABŞ-ın mövqeyi ancaq atəşkəsə çağırışla bağlı oldu və quru bəyanatlardan o yana keçmədi. Yəni biz Trampın birinci hakimiyyəti dövründə Azərbaycana qarşı sanksiyaların tətbiqi və ya digər hədələrlə üzləşməmişik.

Düşüncəmə görə indi də Trampın hakimiyyətə gələcəyi halda Bayden hakimiyyətində olduğu həddə təhdidlər və təzyiq olmayacaq”.

Избранный
46
50
konkret.az

10Источники