RU

Amorim: “Bu qələbə “Mançester Yunayted” üçün ölçü ola bilməz”

“Sportinq”in baş məşqçisi Ruben Amorim Çempionlar Liqasında “Mançester Siti”yə qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 4:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Sportinq” azarkeşləri ilə barışmışıq. Böyük klubda işlədim və bundan zövq aldım. Het-trik edən Viktor Qyökereş üçün əla gecə oldu. O, komandada qalmalı və işinə davam etməlidir.

Bu qələbə “Mançester Yunayted” üçün ölçü ola bilməz. Çünki onlar “Sportinq” kimi müdafiə oluna bilməzlər”.

Amorim “Sportinq”lə son Çempionlar Liqası matçına çıxıb. Mütəxəssis noyabrın 11-dən “Mançester Yunayted”ə rəhbərlik edəcək.

Избранный
17
futbolpress.az

1Источники