RU

"Sportinq"lə belə vidalaşmaq alın yazısıdır" - "Mançester Siti"nin "qatil"i

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda evdə "Mançester Siti"ni 4:01hesabı ilə darmadağın edən "Sportinq"in baş məşqçisi Ruben Amorim oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Daha yaxşısını təsəvvür etmək də olmaz. Bu oyunda həm də bəxt tərəfimizdə idi. İlk yarı bizim üçün çətin alındı: topa nəzarət edə bilmirdik və hamı gərgin görünürdü. Amma fasilə ərəfəsində qol vurduq və hər şey qaydasına düşdü.

Əlbəttə, ikinci hissənin əvvəllərində daha iki dəfə fərqlənməyimiz həlledici məqamdır. Bu qollar oyunun taleyini tam şəkildə dəyişdilər. Stadionda möhtəşəm ab-hava var idi. Mənə elə gəlir ki, "Sportinq"lə belə vidalaşmaq alın yazısıdır".

Xatırladaq ki, Amorim noyabrın 11-dən "Mançester Yunayted"in çalışdırıcısı qismində fəaliyyətə başlayacaq

Nihat
 

Избранный
6
fanat.az

1Источники