RU

"Nvidia" növbəti dəfə dünyanın ən dəyərli şirkəti oldu

Kaliforniyada yerləşən çip istehsalçısı "Nvidia", bazar dəyəri ilə "Apple"ı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti oldu.

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Nvidia"nın Nasdaq birjasında ticarət olunan səhmləri çərşənbə axşamı 2,84% dəyər qazanaraq bir səhm üçün 139,91 dollar səviyyəsinə yüksəldi. Şirkətin ümumi bazar dəyəri isə bu artımla birlikdə 3,43 trilyon dollara çatdı.

Beləliklə, "Apple"ın 3,38 trilyon dollarlıq bazar dəyərini keçən "Nvidia", ikinci dəfə dünyanın ən dəyərli şirkəti adını aldı.

Süni intellekt çiplərinə artan tələbatla "Nvidia"nın səhmləri ilin əvvəlindən bəri 182,5% dəyər qazanıb.

Qeyd edək ki, "Nvidia"nın bazar dəyəri ilk dəfə iyun ayının əvvəlində 3 trilyon dolları aşmışdı.

Rəhim

Избранный
7
1
valyuta.az

6Источники