Texnologiya dünyasının gələcəyi olaraq görülən kosmos və peyk həlləri gündən-günə inkişaf etməyə davam edir.
İndex.az xəbər verir ki, peyk texnologiyaları ilə bağlı mühüm yenilik Yaponiyadan gəldi. Yaponiyalı elm adamları kosmosa taxtadan hazırlanmış peyk buraxdıqlarını açıqlayıblar.
Təxminən 400 kilometr yüksəklikdə Yer kürəsini orbitə çıxaracaq bu peyklə tədqiqatçılar taxtanın kosmos şərtlərinə kifayət qədər davamlı olub olmadığını araşdıracaqlar. Bazar ertəsi gecə orbitə buraxılan taxtadan hazırlanmış “LignoSat” peyki ilk olaraq “SpaceX”in Beynəlxalq Kosmik Stansiyasına çatacaq.
Daha sonra orbitə buraxılacaq “LignoSat”, 6 ay ərzində cihazları vasitəsilə ağacın sərt kosmos şəraitinə necə tab gətirdiyini ölçəcək. Taxta peyk layihəsi Kyoto Universitetinin tədqiqatçıları və taxta şirkəti Sumitomo Forestry tərəfindən 2020-ci ildə hazırlanmağa başladı.