RU

Özünü milyonçu kimi təqdim etdi, eyni binada 5 qadınla sevgili oldu - FOTO

Çində qanuni həyat yoldaşı da daxil olmaqla beş qadını aldatmağı bacaran bir kişi ətrafında qalmaqal yaranıb.

Qlobal.net oxu.az-a istinadən bildirir ki, bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Məlumata görə, kasıb bir ailədə doğulan Xiaojun özünü böyük bir sərvətin varisi kimi təqdim edərək eyni yaşayış kompleksində yaşayan bir neçə qadını məftun etməyi bacarıb.

Hekayə Xiaojunun öz mənşəyi haqqında həqiqəti gizlədərək, Xiaojia adlı bir qızla evlənməsi ilə başlayıb. Lakin uşaq doğulduqdan sonra yalan üzə çıxıb və həyat yoldaşı onu evdən qovub. Ancaq fərasətli Xiaojun özünü itirməyib və eyni aldatma taktikasından istifadə edərək dərhal dörd başqa qadınla münasibət qurub.

Maraqlısı odur ki, qanuni həyat yoldaşı da daxil olmaqla beş qadının hamısı bir-birindən xəbərsiz eyni yaşayış kompleksində yaşayırdı. Xiaojun özünü uğurlu biznesmen və milyonların varisi kimi təqdim edərək onların arasında məharətlə manevr edirdi. O, hətta həyat yoldaşı və uşağının yaşadığı binada sevgililərindən biri ilə məskunlaşıb.

Aldadılmış qadınlardan biri polisə müraciət edəndə fırıldaq üzə çıxıb. Xiaojunun həyat yoldaşı və sevgililərindən biri uşaqlarla həyətdə gəzərkən polisdən zəng aldıqdan sonra şokedici həqiqəti öyrəniblər. Məlum olub ki, kişi bir neçə il ərzində iki, hətta beş ailə ilə yaşayaraq hamını məharətlə aldadıb.

Məhkəmə onu dələduzluq, çoxarvadlılıq və oğurluğa görə 9.5 il həbs cəzasına məhkum edib. Bundan əlavə, zərərçəkmiş qadınlara dəymiş ziyanın ödənilməsi üçün ondan 280 min yuan (67 min manat) müsadirə edilib.

Избранный
12
4
qlobal.net

5Источники