RU

Rusiyadakı Şimali Koreya əsgərləri pornoqrafiyaya aludə olublar

Ukraynadakı hərbi əməliyyatlara Rusiya tərəfdən qatılan Şimali Koreya əsgərləri ilk dəfə olaraq məhdudiyyətsiz internetə çıxış əldə ediblər və onlar pornoqrafik materiallara baxmaq üçün bundan fəal istifadə edirlər.

Musavat.com xəbər verir ki, bu barədə “New York Post” və “Financial Times”ın müxbiri Gidon Rəhman X sosial şəbəkəsində yazıb.

“Etibarlı mənbə mənə deyir ki, Rusiyada yerləşən Şimali Koreya əsgərlərinin əvvəllər heç vaxt internetə məhdudiyyətsiz çıxışı olmayıb. Hazırda bunu qəbul etdikdən sonra onlar pornoqrafiyadan istifadə etməyə başlayıblar”, - deyə Rəhman yazıb.

NYP qeyd edir ki, İnternetə çıxışın psixoloji və mədəni cəhətdən Şimali Koreya hərbçilərinə təsiri hələlik məlum deyil.

Musavat.com

Избранный
8
musavat.com

1Источники