RU

İsraildə gərginlik artır: Raket hava limanı yaxınlığına düşdü

Livandan İsrailə atılan raketlərdən biri Ben Qurion hava limanı ətrafına düşüb.

Turkustan.az xəbər verir ki, Livandan İsrailə 10 raket atıldığı və onlardan birinin Ben Qurion hava limanı yaxınlığında düşdüyü bildirilib.

İsrail ordusundan verilən açıqlamada Livanın atdığı raketlərin əksəriyyətinin qarşısının alındığı bildirilib. Kanal 12 xəbərinə görə, Ben Qurion hava limanı yaxınlığında atılan 10 raketdən birinin düşməsi səbəbindən bəzi uçuşlar təxirə salınıb.

Səlahiyyətlilər hələ ki, hava limanı yaxınlığında raketin vurulması ilə bağlı açıqlama verməyib.

Bildirilib ki, İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən bloklanan raket parçaları Raanana şəhərində park edilmiş avtomobilə düşüb.

Digər tərəfdən İsrailin dünən axşam saatlarında Livanın paytaxtı Beyrutun cənubundakı Barca bölgəsinə təşkil etdiyi hava hücumunda ölənlərin sayı 30-a yüksəlib.

Livanın rəsmi agentliyi olan NNA, İsrailin hücumunda həyatını itirən 30 nəfərin əksəriyyətinin bütöv cəsədlərinin tapıldığını bildirib. Hücum zamanı yaralanan 3 nəfər Siblin, Mazbud və Sayda dövlət xəstəxanalarına çatdırılarkən, itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.

İsrail ordusunun Livanın cənubuna qarşı hava hücumları gecə və səhər saatlarında da davam edib. Hücumlar Nəbatiyə, Deyr Zehrani və Sur ətrafındakı qəsəbələrdə cəmləşərkən, Sur şəhərinin Buyut Seyyad bölgəsindəki hücumda 7 nəfərin həyatını itirdiyi bildirilir.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee, Nabatiyedə 4 bölgəyə yeni hücumlarla hədələyib. X sosial media hesabında 4 xəritə paylaşan Adraee, işarələnmiş yerlərdən ən az 500 metr uzaq durmaq barədə xəbərdarlıq edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
38
20
turkustan.az

10Источники