RU

Naxçıvanda gözətçi və xadimələrin maaşından qanunsuz pul tutulur? - Rəsmi CAVAB

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tabe təhsil müəssisələrində gözətçi və xadimə işləyənlərin maaşlarından pul tutulması ilə bağlı bəzi sosial şəbəkə hesablarında yayılan məlumatara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir:

"Nazirliyə tabe təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial tutqulardan başqa heç bir vəsait tutulmayıb və hər hansı bir işçiyə bu tələb qoyulmayıb, yayılan məlumatlar dezinformasiya xaraterlidir".

O da qeyd edilibb ki, məlumatlarda adları çəkilən şəxslərin də heç biri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışmırlar.

"Bu tipli məlumatlar həqiqəti əks etdirmir və  cəmiyyətə çaşqınlıq yaratmağa xidmət edir.

Onu da bildirirk ki, Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial tutqulardan başqa əlavə vəsait tutulursa, Nazirliyin 146-1-10 Çağrı Mərkəzinə müraciət edə bilərlər”, - nazirliyin mətbuat xidməti əlavə edib.

Bəzi sosial şəbəkə hesablarında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil  müəssisələrində gözətçi və xadimə işləyənlərin hər birinin aylıq maaşından 150 manat pul tutulması və məcburi tutulan bu pulların Qarabağ Dirçəliş Fonduna köçürüləcəyi ilə bağlı məlumatlar yayılıb. 

Избранный
46
50
modern.az

10Источники