RU

Rusiya prezidentinin köməkçisi Trampı COP29-da gözlədiklərini bildirib

"Əgər Donald Tramp andiçmə mərasiminə qədər Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Sammitinə (COP-29) gələrsə, Rusiya onunla iqlim gündəliyini müzakirə etməyə hazırdır".

Bu sözləri Rusiya Federasiyası prezidentinin müşaviri, Vladimir Putinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev "Valday" Beynəlxalq Diskussiya Klubunun növbəti iclasında söyləyib.

"Bizim ilk beynəlxalq tədbirimiz Bakıda olacaq, müraciət edən istənilən şəxs orada iştirak edə bilər. Bu, istər adi vətəndaş olsun, istərsə də dövlət başçısı. Biz məsləhət gördük ki, Azərbaycan Trampı COP29-a dəvət etsin. Qoy cənab Tramp Bakıya gəlsin və biz onunla danışaq. İqlim, ekoloji layihə ilə bağlı çoxlu suallar var", - deyə Ruslan Edelgeriyev vurğulayıb.

Ruslan Edelgeriyev bildirib ki, Donald Trampa ünvanlanacaq ilk sual Paris razılaşması ilə bağlı olacaq.

"Ona ilk sual Paris sazişindən çıxıb-çıxmayacağı, həmçinin qarşılıqlı əlaqəmizi necə davam etdirəcəyimizlə bağlı olacaq", - deyə Ruslan Edelgeriyev vurğulayıb.

Xatırladaq ki, Paris razılaşması (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən, 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən razılaşma - red.) iqlim dəyişikliyi ilə bağlı beynəlxalq müqavilədir. 2017-ci ilin iyununda D.Tramp ölkəsinin bu müqaviləni tərk etmək qərarını açıqlayıb. Trampın fikrincə, bu müqavilə ABŞ sərvətini başqa ölkələrin xeyrinə yenidən bölüşdürür və bu, 2025-ci ilə qədər ABŞ üçün 2,7 milyon iş yerinin itirilməsi ilə nəticələnə bilər.

Oxu.az

Избранный
143
6
qaziler.az

10Источники