RU

ABŞ-da seçkilər bitdi, respublikaçı Donald Tramp qələbəsini bayram edir

Trampın qələbəsinin ən əsas predmeti müharibə əleyhinə olması və qeyri-qanuni miqrantlarla bağlı siyasəti oldu. Tramp hər açıqlamasında onun prezident olduğu dönəmdə müharibələrin olmadığını, günahsız heç kimin ölmədiyini deyirdi.
İndi də Tramp vəd verib ki, Rusiya - Ukrayna müharibəsini 24 saata bitirəcək, hansı yolla bəlli olmasa da hər kəsə məlumdur ki, Trampla Putinin çox yaxşı münasibətləri var və ən azından atəşkəs üçün bu həlledici məqam ola bilər. 
Proqnozlara görə,  Trampın qələbəsi müharibələrdən, çaxnaşmalardan yorulan dünya üçün bir nəfəslik olacaq. Ekspertlər ümid edir ki, Trampın hər zaman qürrələnərək dediyi “mənim dövrümdə müharibə olmayıb” tezisi yeni dönəmdə də özünü göstərəcək və dünyaya sülh, barış gələcək.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Respublikaçılar Partiyasının namizədi Donald Trampı ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Ukrayna lideri Ağ Evin yeni rəhbərindən gözləntilərini də açıqlayıb. Zelenski sentyabrda Prezident Trampla Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlıq, Qələbə Planı və Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması yollarını ətraflı müzakirə etdiyi görüşü xatırladıb.
Zelenski qeyd edib ki, o, Trampın qlobal məsələlərdə güc vasitəsilə sülh yanaşmasına sadiqliyini yüksək qiymətləndirir: “Məhz bu prinsip həqiqətən Ukraynada ədalətli sülhü yaxınlaşdıra bilər. Ümid edirəm ki, biz birlikdə bunu həyata keçirəcəyik”.
Onu da deyək ki, Donald Tramp tərəfdaşları qarşısındakı çıxışların birində 
seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağına və Üçüncü Dünya müharibəsinin qarşısını alacağına söz vermişdi. 

Siyasi şərhçi  Elçin Xalidbəyli isə “Sherg.az"a açıqlamasında deyib ki, qərbdə heç kimi Ukraynanın taleyi maraqlandırmır. Onun sözlərinə görə, qərbin əsas hədəfi  Ukrayna savaşını mümkün qədər uzadıb, Rusiyanı  iqtisadi resurslar  və hərbi potensial baxımından maksimum səviyyədə zəiflətmək,Rusiyanı öz sərhədləri daxilinə sıxışdırılmış bir dövlətə çevirməkdən ibarətdir:

 “ABŞ-nin yeni prezidenti  Donald Trampın da Ukraynanın  taleyi ilə bağlı xüsusi bir narahatlıq keçirdiyini zənn etmirəm. Lakin Trampın əsas vədlərindən biri dünyada sülh və sabitliyin bərqərar olması ilə bağlıdır. Çıxışlarının birində də  sözarası prezident seçilərsə Ukrayna savaşını dayandıracağı ilə bağlı vəd vermişdi. Eyni zamanda Yaxın Şərq böhranının da aradan qaldırılacağını demişdi. Böyük ehtimal Tramp bu vədlərinə sadiq qalmağa çalışacaq və andiçmə mərasimindən sonra Ukrayna savaşının dayandırılması üçün Rusiya  Prezidenti Vladimir Putinlə keçmişdən qalan münasibətlərinin bərpa edilməsinə çalışacaq.  Bir müddət sonra Putinlə Tramp arasında bu məsələnin müzakirə ediləcəyini güman edirəm. Xatırladım ki, seçkidən bir neçə ay əvvəl  Macarıstanın baş naziri Viktor Orbanın vasitəçiliy ilə bu prosesə start da verilmişdi. Əvvəlcə Rusiya və Çinə səfər edən Orban, daha sonra Amerika Birləşmiş Ştatlarına səfər edərək Rusiya və Çinin mövqeyini  Trampa çatdırmış, Trampla Ukrayna savaşının dayandırılması məsələsini müzakirə eləmişdi. Yəni proses  artıq bir neçə ay bundan əvvəl başlayıb”.

E. Xalidbəylinin sözlərinə görə,  Ukrayna üçün olan əsas problemlərdən biri ondan ibarətdir ki, savaşın dayandırılması ilə bağlı rəsmi Kiyevin mövqeyini nəzərə almaq istəmirlər:
 “Daha çox birtərəfli, Ukrayna ilə razılaşdırmadan məsələni həll etmək istəyirlər ki, bu da Ukrayna dövlətçiliyi üçün çox ciddi təhlükə vəd edir. Rusiyaya müəyyən güzəştlər edilə bilər ki, bunun da ilkin mesajlarını Donald Tramp vaxtı ilə  vermişdi. O bildirmişdi ki, Ukrayna savaşı Rusiyanın siyasi savaşını tapdalamadan  həll edilməlidir. Bu da o mənaya gəlir ki, Rusiya bu savaşdan  ziyanlı çıxmamalıdır.  Rusiyanın iddiası isə Ukrananın işğal edilmiş ərazilərini öz nəzarətində saxlamaqdır. Qərbdə də artıq belə bir varinat müzakirə edilir ki, yeni qeyri rəsmi sərhədlər qoşunların təmas xəttindən keçirilə bilər. Yəni Ukrayna və Rusiya qoşunlarının üz- üzə gəldiyi  cəbhə xətti   qeyri rəsmi, beynəlxalq  səviyyədə tanınmayan sərhəddə çevrilə bilər.  Qərb ölkələri Krımın tamamilə Rusiyanın nəzarətində qalması ilə razılaşmaq niyyətindədir. Donbasla bağlı da Rusiyaya güzəştə getməyə hazırlaşırlar. Bütün bunların  fonunda deyə bilərik ki,  Zelenski və Tramp arasında hansı danışıqların olmasından asılı olmayaraq, Tramp da mövcud senariyə uyğmağa çalışacaq və Ukrana ərazilərinin gzəştə gedilməsi hesabına sülh sazişinin imzalanması ehtimalı kifayət qədər yüksəkdir”.         

Избранный
32
50
sherg.az

10Источники