RU

Əliyar Ağayev “Bolonya” - “Monako” matçını idarə etdi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin oyununu idarə edib.

Arena.az xəbər verir ki, azərbaycanlı referi ÇL-in Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçirilmiş “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olub.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olublar.

Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçirilmiş oyunun taleyini bir qol həll edib. “Monako”nun futbolçusu Tilo Kehrerin 86-cı dəqiqədə vurduğu qol qonaqlara 3 xal qazandırıb. Knyazlıq təmsilçisinin 19-cu dəqiqədə vurduğu qol isə qayda pozuntusu səbəbindən sayılmayıb.

Əliyar Ağayev bu görüşdə bütövlükdə 5 sarı vərəqəyə əl atıb. O, meydan sahiblərinin 3, qonaqların 2 futbolçusuna rəsmi xəbərdarlıq edib.

Избранный
19
arena.az

1Источники