RU

Rusiya NATO ilə dialoqa hazırdır, lakin... - Lavrov

Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, bunu “Valday” klubunun iclasından əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında bildirib.

Rusiya XİN başçısı NATO, Ukrayna və keçmiş sovet respublikaları ilə əlaqələrdən danışıb.

O bildirib ki, əgər NATO və ya təşkilata üzv hər hansı ölkə Rusiyaya qarşı aqressiv hərəkətlərə yol verərsə, cavab adekvat olacaq və okeanın o tayında oturmaq alınmayacaq.

Lavrovun sözlərinə görə, ABŞ hakimiyyətinin rusofob siyasəti onların daxili və xarici siyasətidir: "Moskva ABŞ-la dialoqu mümkün hesab edir, lakin bu dialoq bərabər əsasda olmalıdır. Bir şərtlə ki, Amerika əməldə vicdanla danışıqlara hazır olduğunu təsdiq etsin".

Keçmiş Sovet İttifaqı respublikalarına gəlincə, Lavrov Rusiyanın respublikaların rəhbərliyinə qərar qəbul edərkən təzyiq etmədiyini söyləyib: "Məsələn, Ermənistan və Azərbaycanla bağlı vəziyyətdə, onların sülhə dair qərarları ilə bağlı vəziyyətdə belə olmuşdu".

Lavrov vurğulayıb ki, Qərbin mane olmaq cəhdlərinə baxmayaraq, Rusiya ilə Qazaxıstan arasında əməkdaşlıq uğurla inkişaf edir: "Biz həmçinin Gürcüstanla münasibətləri normallaşdırmağa hazırıq və Moldovanın sağlam düşüncəli olacağına ümid edirik ki, bu da Dnestryanıda münaqişənin genişlənməsinə imkan verməyəcək".

Избранный
15
50
olke.az

10Источники