RU

Dünya Bankı iqlim dəyişikliyinin kənd təsərrüfatına və sağlamlıq xərclərinə təsirini qiymətləndirib

Dünya Bankının hesablamalarına görə, iqlim dəyişikliyi kənd təsərrüfatında məhsuldarlığı 10-25 % azalda bilər.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda keçirilən seminarda deyib.

"Dünya Bankı hesab edir ki, iqlim dəyişikliyi 2030-cu ilə qədər əlavə 100 milyon insanı yoxsulluğa sürükləyə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə isə 3,6 milyard insan iqlim dəyişikliyinə yüksək dərəcədə həssas olan bölgələrdə yaşayır. 2030-2050-ci illər arasında qidalanma, malyariya, ishal və istilik stressi kimi iqlimlə əlaqəli amillərin hər il əlavə 250 min ölümlə nəticələnəcəyi proqnozlaşdırılır”, - H. Hüseynov bildirib.

O qeyd edib ki, 2030-cu ilə qədər iqlim dəyişikliyi səbəbindən 80 milyon insanın işini itirəcəyi proqnozlaşdırılır: “Sağlamlıq xərclərinə gəldikdə isə, iqlim dəyişikliyi ilə bağlı problemlərin xərcləri 1-5 trilyon ABŞ dolları artacaq”.

Избранный
5
1
ekologiya.az

2Источники