RU

38 ölkənin 27-də inflyasiya azalıb – OECD hesabat verdi

Sentyabr ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə istehlak qiymətlərinin artım tempi avqustdakı illik 4,7 faizdən 4,4 faizə qədər azalıb.

Musavat.com təşkilatın hesabatına istinadən xəbər verir ki, ay ərzində 38 ölkədən 27-də zəifləyən inflyasiya qeydə alınıb.

OECD ölkələrində enerji qiymətləri sentyabrda 2,2 faiz azalıb (avqustda 0,4 faiz azalma). Ərzaq qiymətləri yayın son ayında olduğu kimi 3,7 faiz artıb.

Ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətlərində artım (baza inflyasiya) avqustdakı 5,2 faizə qarşı 5,1 faiz təşkil edib.
G7 ölkələrində sentyabrda inflyasiya əvvəlki aydakı 2,4 faizdən 2,2 faizə, G20 ölkələrində 6,2 faizdən 6,0 faizə qədər azalıb.
Avrozonada istehlak qiymətləri (HICP indeksi) avqustda 2,2 faiz artdıqdan sonra sentyabrda 1,7 faiz artıb. OECD qeyd edir ki, bu göstərici 2021-ci ilin iyun ayından bəri ilk dəfə olaraq 2 faizdən aşağı düşüb.

Aİ-nin statistika idarəsinin ilkin məlumatları göstərib ki, oktyabrda avrozonada inflyasiya 2 faiz təşkil edib.

Musavat.com

Избранный
28
10
musavat.com

10Источники