RU

"Rəqibin üstün cəhətləri çoxdur" - Qurban Qurbanov

style='margin-bottom:10px;'>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Bodo Qlimt" komandasına qarşı oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, o deyib: "Sabahkı görüşdə, bəlkə də, son vaxtlar oynadığımız komandaların içində ən intizamlı komandaya qarşı oynayacağıq. Demək olar ki, bütün oyunçuları norveçlidirlər. Bu cür intizamlı oyunları və bu klubun, Norveç futbolunun son illərdəki nəticələri onu görsədir ki, bu ölkədə futbol irəli gedib və bu gün də inkişafa davam edir. "Bodo Qlimt"in öz oyun tərzi var. Hər komponentdə diqqətli olmalıyıq ki, onlardan üstün ola bilək. Rəqibin üstün cəhətləri çoxdur. Həm meydança amili, həm son oyunlar nəticələri və s. İnşallah, inanıram ki, futbolçular meydanda ən yaxşısını edəcəklər. Hər iki komandaya uğurlar".

Mütəxəssis "Bodo Qlimt"i keçmiş rəqibləri "Tottenhem" və "Ayaks"la müqayisə edib: "Bugünkü gün onları eyni səviyyədə müqayisə edirəm. Həqiqətən də, son vaxtlar oynadığımız ən intizamlı komandalardan biridir. Meydanda bir qapıçı xaric olmaqla, 10 norveçli oynayır. Onlar bir-birilərini hər mövqedə düzgün tamamlayırlar. Yaxşı komandaları var. Görünən odur ki, hər bir futbolçu digərinə hörmətlə yanaşır və digərinin səhvini sığortalamağa çalışır. Hər komandada belə şeylər var, amma “Bodo-Qlimt”də bu, yüksək səviyyədədir. Öz kollektiv oyunlarına görə də böyük komandalara qalib gəliblər. Ola bilər ki, digər komandalarda fərdi keyfiyyətlər daha yaxşıdır, amma komanda oyununa görə "Bodo Qlimt" digərlərindən üstündür". 

Q. Qurbanov “Molde”yə qarşı yaxşı nəticələriniz var. “Bodo-Qlimt”ə qarşı da bunu təkrarlamaq üçün nələr etməlisiniz?" sualına belə cavab verib: “Molde” ilə matçlarda bir qələbə, bir heç-heçə etsək də, asan olmadı. Bakıdakı oyunda son dəqiqədə hesabı bərabərləşdirmişdik. “Molde” ilə “Bodo-Qlimt”in oyununa baxdım və hesab 3:3 oldu. Eynisəviyyəli, bir-birini çox yaxşı tanıyan komandalardır. Norveç çempionatında səhv etmirəmsə, 16 komanda var və ilk “8-lik”də güclü rəqabət var. Ölkədə futbol olaraq böyük inkişafdadırlar. Həm fiziki, həm taktiki, həm texniki dəyişikliklər edirlər. Onları “Molde”dən ayırmaq istəmirəm. Sabah qələbə də qazana bilərik, məğlub da ola. Bütün 90 dəqiqəni intizamlı və diqqətli olmalıyıq".

Qeyd edək ki,  "Bodo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Избранный
18
1
teleqraf.com

2Источники