İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd M.Xan Azərbaycanın İƏT yanında daimi nümayəndəsi, səfir Əli Əlizadə ilə görüşüb.
Bu barədə "Operativ Media" İƏT-ə istinadən məlumat verib.
Azərbaycanın Katibliyə dəstəyini və İƏT gündəliyinin təşviqində fəal rolunu yüksək qiymətləndirərək, təşkilatın baş katibi səfir Əli Əlizadəni Nyu-York, Aşqabad və Daşkənddə üzv dövlətlərin nazirləri ilə keçirdiyi son görüşlər barədə məlumatlandırıb.
Görüşdə həmçinin İƏT-in COP29-da iştirakı, eləcə də tədbir çərçivəsində İƏT-in təşkil etdiyi tədbirlər, o cümlədən Dairəvi İqtisadiyyat üzrə Nazirlər Toplantısı, İƏT Nazirlərinin Ətraf Mühit üzrə Görüşü və İƏT Təmiz Enerji Mərkəzinin açılış mərasimi müzakirə edilib