RU

Türkiyə mətbuatı, 7 noyabr 2024

 

 “Sabah”: Ərdoğan “Türk dünyasını daha yaxşı vəziyyətə aparacağıq” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında açıqlama verib, “Türk dünyasını daha yaxşı yaxşı vəziyyətə aparacağıq” deyə bildirib.

“Hürriyet”: Prezident Ərdoğandan Trampa təbrik

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampı ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edərək deyib: "Dostum Donald Trampı təbrik edirəm. Daha ədalətli bir dünya üçün daha çox səy göstəriləcəyinə inanıram".

“Haber Türk”: Türkiyə 58 bölgəsində ixracatını artırıb

  Türkiyə Ticarət Nazirliyi 2024-cü ilin yanvar-oktyabr dövründə 29 vilayətdə 1 milyard dollardan çox ixracat həyata keçirildiyini, 58 rayonda isə xarici satışların artdığını açıqlayıb. Oktyabr ayında 5 milyard 81 milyon dollarla ən çox ixracat edilən şəhər İstanbul olub.

“Star”: Türkiyə neft və təbii qaz hasilatında rekord qırdı

  Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar neft və təbii qaz hasilatında 2024-cü ilin oktyabr ayında aylıq və gündəlik olaraq rekord əldə etdiklərini söyləyib. Bu dövrdə yerli xam neft hasilatı aylıq 3 milyon 361 min 725 barel, təbii qaz hasilatı isə 234 milyon 384 min 17 kubmetrlə rekord həddə çatıb.

“Vatan”: “Togg” elektrik avtomobil bazarında liderliyini sürdürür

  “Togg” 2024-cü ilin ilk 10 aylıq dövründə 20 min 140 satış və 31 faiz bazar payı ilə Türkiyə elektrikli avtomobil bazarında birinci olub.



Избранный
11
trt.net.tr

1Источники