“Bude/Qlimt” – “Qarabağ” matçına təyinatlar bəllidi. Belə ki, Avropa Liqasının 4-cü tur matçında ədaləti Luiş Qudinyo təmsil edəcək.
“Football-plus.az” hakimlə bağlı ətraflı məlumatı təqdim edir.
Portuqaliyalı referi karyerasına ölkəsinin aşağı liqalarından başlayıb. Tədricən püxtələşən “fit sahibi”nə super liqada da güvənilib. O, indiyə qədər elita klublarının 160 matçını idarə edib. Bu oyunlarda 841 sarı, 47 qırmızı vərəqə göstərib.
2016-cı ildən beynəlxalq təyinatlar alan hakim Çempionlar, Avropa və Konfrans Liqalarında, 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsindəki çıxışlarında, Millətlər və Gənclər Liqalarında, həmçinin beynəlxalq yoldaşlıq oyunlarında iş başında olub. Maraq üçün qeyd edək ki, o, Fransa, Cənubi Kipr, Səudiyyə Ərəbistanı və Yunanıstan çempionatlarında da idarəçilik edib.
Qudinyu ilk dəfə Azərbaycan komandasının matçını idarə edəcək. Ümumiyyətlə, hakim indiyə qədər 344 oyunda ədaləti təmsil edib. FİFA referisi bu matçlarda 1801 sarı, 117 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта