Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda səfərdə "İnter"ə 0:1 hesabı ilə uduzan "Arsenal"ın baş məşqçisi Mikel Arteta matçın rumıniyalı baş hakimi İştvan Kovaçdan gileylənib.
Fanat.Az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:
"Penalti epizodlarında bizə qarşı çox sərt davrandılar. Qapımıza penalti təyin edilirsə, digər epizodda da (ikinci hissənin sonlarında Yan Bisseka və Kay Havertsin toqquşmasını nəzərdə tutur - red.) eyni qərar verilməli idi. 100 faiz əminəm".
Nihat