RU

Azərbaycanlı məhbus Rəştdə qeyri-müəyyən vəziyyətdə saxlanılır

Güney Azərbaycanın Astara şəhərindən olan Fəribürz Seyfullahi, 4 aya yaxındır Gilan əyalətinin mərkəzi Rəşt şəhərində qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Bu barədə azərbaycanlı məhbusun ailəsinə yaxın mənbələr məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məmurları iyulun 17-də Fəribürz Seyfullahini saxlayaraq Astara şəhərinin təhlükəsizlik idarəsinin istintaq təcridxanasına aparıblar.

O, iki gün dindirildikdən sonra Rəşt şəhərinin təhlükəsizlik idarəsinin istintaq təcridxanasına, bir neçə gündən sonra isə şəhərin Lakan həbsxanasına köçürülüb.

Azərbaycanlı məhbusun həmin müddət ərzində dindirilmək üçün dəfələrlə yenidən təhlükəsizlik təcridxanasına aparıldığı, psixi işgəncələrə məruz qaldığı bildirilib.

Seyfullahinin ailəsinə yaxın mənbələrin məlumatına görə, bu müddət ərzində onun keçmiş həyat yoldaşı, qızı, gəlini və başqa bir neçə qohumu da həbs edilib və bir müddət sonra sərbəst buraxılıblar.

"Fəribürz Seyfullahini təhqir etmək və sacta etiraf almaq üçün onun boynuna ip salıb və Lakan həbsxanasında məhbuslar qarşısında dolandırıblar",- insan haqları fəallarının həbsxanadakı mənbələrə istinadən yaydığı məlumatlarda deyilir.

Qeyd edək ki, Rəşt Prokurorluğu 50 yaşlı Fəribürz Seyfullahini "hökumətə müxalif təşkilata üzv olmaq"da günahlandırsa da, məhkəmə iclası keçirilməyib və barəsində qərar çıxarılmayıb.

visiontv.az



Избранный
11
visiontv.az

1Источники