RU

Milli Məclisdə kredit faizlərinin aşağı salınması təklif edilib

Azərbaycanda bank kreditlərinin faizlərinin aşağı salınması təklif edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu təkliflə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib. 

Onun sözlərinə görə, bank kreditləri kiçik və orta sahibkarlıqla məşğul olmağa imkan vermir. 

“Çünki kreditlərin faizi buna imkan vermir. Kreditlərin faizləri aşağı salınsın və müddəti uzadılsın ki, insanlar sahibkarlıqla məşğul olsun. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə 207 bank fəaliyyət göstərirdi, indi Mərkəzi Bankdan başqa 22 bank işləyir. Yeni bankların açılması, o cümlədən regional, xarici ölkələrlə birgə bankların açılması vacibdir”, - deyə o əlavə edib.

Избранный
8
2
iqtisadiyyat.az

10Источники