Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib:
"Dinimizdə uşağın doğulmasından sonra valideynlərə bəzi tövsiyələr verilib, məsələn, ad qoyulması, uşağın qulağına azan oxunması, qurban kəsilməsi (əqiqə) və s. Amma 40 gün boyunca bir qayda və ya məhdudiyyət yoxdur.
Bu müddət ərzində ana və uşağın sağlamlığının qorunması və ananın bədəninin bərpa olunması baxımından ehtiyatlı davranılması tövsiyə olunur, lakin bu, dini bir tələb deyil".
O qeyd edib ki, yeni evlənənlər üçün də İslamda 40 gün və ya başqa bir zaman müddəti ilə əlaqəli bir qayda yoxdur.
"Dinimizdə hər hansı bir zamanda evlənən şəxslərə yalnız gözəl münasibətlər və ailə münasibətlərini qorumaq barədə ümumi tövsiyələr verilir.
40 gün anlayışı əsasən adət və ənənələrdən gəldiyi üçün dini bir zərurət kimi qəbul edilməməlidir".
Əfsanə Kamal
Demokrat.az