RU

Ağayev İtaliya klubunun əleyhinə səhv etdi - DÜZƏLTDİLƏR

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasında daha bir oyunu idarə edib.

Sportinfo.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda keçirilən “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olub.

Ağayev matçın 19-cu dəqiqəsində "Monako"nun qayda pozuntusundan sonra vurduğu qolu qeydə alıb. Ancaq epizoda təkrar baxıldıqdan sonra VAR qolu ləğv edib.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olub.

Əliyar Ağayev bu oyunda meydan sahiblərinin 3, qonaqların isə 2 futbolçusuna sarı vərəqə də göstərib. Oyun "Monako"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

4 turdan sonra “Monako” 10 xalla 3-cü, “Bolonya” 1 xalla 30-cu yeri tutur

Избранный
4
2
sportinfo.az

5Источники