RU

Bakı-Sumqayıt yolunda yük maşınlarıyla yarışa çıxan sürücü - 77-AM-342 - VİDEO

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə yayılıb.

Avtosfer.az-ın məlumatına görə, görüntü bir neçə gün əvvəl axşam saatlarında Bakı-Sumqayıt yolunda qeydə alınıb. Belə ki, 77-AM-342 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü ardıcıl olaraq zolaqlar arası keçid edib. Görüntüdən də aydın olduğu kimi, sürücü yük maşınlarını ötmək üçün dəfələrlə təhlükəli manevrlər edib və bu zaman digər hərəkət iştirakçılarına qəza riski yaradıb. Eyni zamanda o, avtomobilə konstruksiya dəyişikliyi edərək nəqliyyat vasitəsinin arxa yaylarını kəsib və ön hissəsini qaldırıb. 

Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tənzimlənir. 

Nərmin

Избранный
37
avtosfer.az

1Источники