RU

Saxlanma Mərkəzində saxlanılanların yazışmaları ilə bağlı yeni prosedur müəyyən edilir

Bakı. Trend:

Saxlanma Mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığıolmayan şəxslərin yazışmaları ilə bağlı yeni prosedur müəyyənedilir.

Trend xəbər verir ki, bununlabağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyəçıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər buMəcəllənin 88-2.4-cü maddəsində nəzərdə tutulan hallar istisnaolmaqla, məhdudiyyətsiz sayda məktub, teleqram almaq və ya özvəsaitləri hesabına göndərmək hüququna malikdirlər.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdövlət hesabına bir ay ərzində iki dəfə məktub və ya teleqramgöndərmək hüququna malikdirlər.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin məktub və teleqram göndərməsi bu Məcəllənin 88-3.2-cimaddəsində müəyyən edilmiş müddətdə və senzura qaydalarına uyğunolaraq həyata keçirilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birincioxunuşda qəbul edilib.

Избранный
17
4
az.trend.az

5Источники