Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında noyabrın 8-i axşamdan 9-u axşamadək arabir yağış yağacağı gözlənilir.
Bildirilib ki, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.