RU

Deputat: Məişət zorakılığından ən çox əziyyət çəkənlər qadınlardır

"Məişət zorakılığından ən çox əziyyət çəkən qadınlar, uşaqlar və yaşlı insanlardır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır:

"Verlişlərdə əksinə bu məsələnin aradan qaldırılmasını yox, onun qızışdırılmasını müşahidə edirik. Verlişlərə ekspertlər çağırılır. Bu ekspert harada formalaşıb?İncəsənət xadimidirsə, o deməkdir ki, verlişdə oturub ekspert kimi insanlara məsləhət verə bilər?"

Deputat həmçinin serialların, filmlərin də zorakılığı təşviq etdiyini bildirib:

"Televiziya düzdür özəldir. Amma özəl olması o demək deyil ki, insanların mənəviyyatını pozsun".

Mina Mikayılova

Избранный
17
bakivaxti.az

1Источники