RU

Rusiyanın Trampla gələcək danışıqlarda tələbləri nədən ibarət olacaq? - "The Guardian"

 
"Tramp tezliklə sülh axtaracaq, Putun bunun yolunu göstərəcək..."
 
Tələblər Ukrayna üçün qəbuledilməzdir, lakin Tramp artıq hamıya "24 saata sülh" vəd edib...
 
ABŞ prezidenti seçkilərində qalib gələn Donald Tramp, ehtimal ki, Ukraynada müharibəyə tezliklə son qoyacağı ilə bağlı öz vədini gerçəkləşdirməyə cəhd edəcək. Lakin bunun üçün hər halda Rusiyanın ultimatumunun bir hissısini təmin etməli olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri yazıb.
 
Məqalədə deyilir ki, Moskva Trampın vasitəçiliyi ilə istənilən danışıqlarda öz tələblərini irəli sürəcək. Bu tələblər Rusiyanın işğal etməyə macal tapdığı ərazilərdən kənara çıxacaq.
 
Belə ki, 2022-ci ildə Rusiya formal olaraq Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini "ilhaq edib". Bunlardan yalnız Luqansk vilayəti, demək olar ki, tam işğal edilib. Yerdə qalan üç vilayətin xeyli hissəsi indiyədək Kiyevin nəzarəti altındadır.
 
"Ehtimal ki, Putin onların təhvil verilməsini tələb edəcək, bu da Ukraynanın Zaporojye və Xerson kimi əsas şəhərlərinin güzəştə gedəcəyi demək olacaq", - nəşr yazıb.
 
Digər ehtimal edilən tələblər Ukraynanın nəzarətində olan ərazilərdə "bufer zonası"nın yaradılması, Rusiyanın işğal etdikləri ərazilərə vurulan "ziyana görə" Ukrayna tərəfindən reparasiyaların ödənilməsi, habelə Ukraynanın NATO-dan kənarda "neytrallığına" zəmanət verilməsindən ibarət ola bilər.
 
"Hər şey Ukrayna və əksəriyyət ukraynalılar üçün qəbuledilməz olardı", - nəşr yazıb.
 
Trampın qələbəsi müharibəyə necə təsir edəcək?
 
Donald Trampın ABŞ-da prezident seçkilərində qələbəsindən sonra Vaşinqtonun Ukraynaya dəstəklə bağlı siyasəti çox güman ki, dəyişəcək. Lakin hələlik bunun necə dəyişəcəyini demək mümkün deyil.
 
Finlandiyanın sabiq prezidenti Sauli Niinistyo hesab edir ki, Tramp Ukraynaya təzyiq edərək Rusiya ilə müharibədə tez bir zamanda sülhə nail olmaq üçün "çeviklik" tələb edəcək.
Избранный
53
41
moderator.az

10Источники