RU

Allahşükür Paşazadə Ağdamdan dünya dini liderlərinə çağırış etdi

Bakı, TurkicWorld

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidindən dünya dini liderlərinə çağırış edib.

TurkicWorld Qarabağ bürosu xəbər verir ki, o, bu barədə Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə Ağdam Cümə məscidində söhbəti zamanı danışıb.

"A. Paşazadə bu barədə Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçıları ilə Ağdam Cümə məscidində söhbətində fikirlərini ifadə edib.

QMİ sədri dini liderlərdən Qarabağda gördükləri dağıntıları, erməni vəhşiliklərini, vandalizm aktlarını, soyqırımı hadisələri haqqında məlumatları dünyaya çatdırmağı istəyib.

"Sizdən yalnız gördüklərinizi, həqiqəti dünyaya çatdırmağınızı istəyirik ki, bu müsibətlər başqa xalqın başına gətirilməsin. Ağdam Cümə məscidi tarixi məsciddir. Ermənilər burada Ağdam donuz saxlayırdılar. Bu onların dinə, İslama münasibəti idi. Şükür Allaha ki, Azərbaycan buna son qoydu", - şeyxülislam əlavə edib.

Избранный
17
7
turkic.world

8Источники