RU

Azərbaycan Avropa çempionatına 22 şahmatçı ilə qatılacaq - ADLAR

Noyabrın 8-də Monteneqronun Petrovaç şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan qitə çempionatında 22 şahmatçıyla təmsil olunacaq.

Avropa birinciliyində Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə mübarizə aparacaq.

Qeyd edək ki, noyabrın 19-da yekunlaşacaq Avropa çempionatında ümumilikdə 42 ölkə təmsil olunacaq.

İdman.biz

Избранный
25
2
idman.biz

10Источники