RU

Aİ-dən xəbərdarlıq: 2024-cü il ən isti il ​​ola bilər

Avropa Birliyinin Kopernik peyk monitorinq sistemi 2024-cü ilin dünya tarixində ən isti il ​​ola biləcəyi barədə xəbərdarlıq edib. 

Bakıvaxtı.az "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Avropa Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) direktor müavini Samantha Burgess açıqlama verib.

Onun sözlərinə görə, 2024-cü ilin 10 ayı üçün orta qlobal temperatur anomaliyasının 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yüksək olduğu qeydə alınıb. Bu, qlobal temperatur rekordlarında yeni bir mərhələdir.

Sözügedən dövr üçün qeydə alınmış göstərici 2024-cü ilin ən isti ili olacağını təsdiqləyib.

Gülşən Şərif

Избранный
13
bakivaxti.az

1Источники