Avropa Birliyinin Kopernik peyk monitorinq sistemi 2024-cü ilin dünya tarixində ən isti il ola biləcəyi barədə xəbərdarlıq edib.
Bakıvaxtı.az "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Avropa Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) direktor müavini Samantha Burgess açıqlama verib.
Onun sözlərinə görə, 2024-cü ilin 10 ayı üçün orta qlobal temperatur anomaliyasının 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yüksək olduğu qeydə alınıb. Bu, qlobal temperatur rekordlarında yeni bir mərhələdir.
Sözügedən dövr üçün qeydə alınmış göstərici 2024-cü ilin ən isti ili olacağını təsdiqləyib.
Gülşən Şərif