RU

Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edildilər

R.T. Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Rəşad Təmraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilsin.

XXX

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilsinlər:

Əli İsmayıl oğlu Əhmədov,

Toğrul Nəcəfəli oğlu Əliyev,

Vüsal Cahangir oğlu Xəlilov,

Gülər Azər qızı Paşayeva.

Избранный
18
marja.az

1Источники