RU

Azərbaycan strateji əhəmiyyəti və potensialı sayəsində TDT-də xüsusi rol oynayır - Azər Qarayev

Bakı. Trend:

Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı (TDT) mühüm mövqeyivə bölgə üçün strateji əhəmiyyəti, həmçinin, ölkənin iqtisadipotensialı bu təşkilatda xüsusi rol oynayır.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələri birləşdirənvacib regional qurumdur. Azərbaycanın təşkilatda mühüm mövqeyi vəbölgə üçün strateji əhəmiyyəti, həmçinin, ölkənin iqtisadipotensialı bu əməkdaşlıqda xüsusi rol oynayır.

Azərbaycan Türk Dövlətləri Təşkilatında həm siyasi, həm dəiqtisadi baxımdan əhəmiyyətli yerə malikdir. Ölkənin zəngin təbiisərvətləri, xüsusilə enerji resursları təşkilat daxilində stratejiəhəmiyyətini artırır.

Bundan əlavə, Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyiregionda sabitlik və təhlükəsizliyin təmin olunmasında vacib roloynayır. Azərbaycan Türk dünyasında siyasi, iqtisadi və mədəniəlaqələri gücləndirmək üçün müxtəlif layihələrə liderlik edir", -A.Qarayev bildirib.

Onun sözlərinə görə, TDT həm siyasi, həm iqtisadi cəhətdən yenigüc mərkəzinə çevrilməkdədir.

"Bu təşkilatın hazırkı qlobal geosiyasi vəziyyətdə həm iqtisadi,həm də siyasi cəhətdən güc mərkəzinə çevrilməsi türk dünyası üçünmühüm irəliləyiş olar. Ölkələrin daha çox inteqrasiyası onlarınmüstəqilliklərini və regional təsirlərini gücləndirir, onlarınqlobal arenada daha böyük rol oynamasına imkan yaradır.

Təşkilatın yeni bir blok kimi formalaşmasında enerji resursları,nəqliyyat dəhlizləri və rəqəmsal texnologiyaların inkişafısahəsindəki ortaq təşəbbüslər əsas amillərdəndir. Azərbaycanıntəşəbbüsləri ilə həyata keçirilən enerji və nəqliyyat layihələri,üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı artırır və onlarıbeynəlxalq enerji bazarlarında önəmli oyunçuya çevirir", - deyə obildirib.

Politoloq qeyd edib ki, TDT Orta Dəhliz kimi mühüm nəqliyyatyollarını da inkişaf etdirərək, Asiya və Avropa arasında stratejikörpü rolunu oynamaqdadır.

"Prezident İlham Əliyev də noyabrın 6-da Bişkekdə TürkDövlətləri Təşkilatı Dövlət Başçılarının Zirvə Görüşündə çıxışızamanı bir sıra önəmli mövzulara, o cümlədən, regionun vəAzərbaycanın tranzit potensialına toxunub. Azərbaycan Orta Dəhlizinvə Şərqlə Qərbi birləşdirən marşrutun əsas hissəsi olaraq regiondanəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə şəraityaradır.

Bu dəhliz Orta Asiyadan Avropaya qədər uzanan ticarət marşrutuolaraq Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı daha damöhkəmləndirir. Bu marşrutun effektivliyini artırmaq və TürkDövlətləri arasında ticarəti sürətləndirmək üçün əsas addımlardanbiri də onun rəqəmsallaşdırılmasıdır. Bunun əsas məqsədi OrtaDəhlizdə məlumatların daha sürətli və dəqiq emalını təminetməkdir.

Bu, logistika əməliyyatlarının şəffaflığını artırır, gömrükprosedurlarını sadələşdirir və malların vaxtında çatdırılmasınıasanlaşdırır. Rəqəmsallaşma, eyni zamanda, tranzit zamanıtəhlükəsizlik və izləmə sistemlərini təkmilləşdirərək, ticarətprosesini daha təhlükəsiz edir. Hazırda Orta Dəhlizinrəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətindəbir sıra layihələr icra olunur. Bu layihələr logistikasəmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsiredəcək", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, dövlət başçımız çıxışında, həmçinin,dünyada artan təhlükələri qeyd edərək, təhlükəsizlik və müdafiəsənayesi sahələrində ölkələrimizin əməkdaşlığının böyükəhəmiyyətini vurğulayıb.

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son dövrlərhüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıqdaha da genişlənib, ölkələrimizin silahlı qüvvələrinin iştirakı iləhərbi təlimlər keçirilir.

Düşünürəm ki, TDT çərçivəsində ortaq hərbi təlimlərinartırılması, təhlükəsizlik məsələlərində əlaqələringücləndirilməsi, sərhəd təhlükəsizliyi və kibertəhlükəsizliksahələrində də əməkdaşlığın genişləndirilməsi vacibdir. Üzvdövlətlər hərbi sənaye sahəsində təcrübə mübadiləsi apararaq, özmilli müdafiə sənayelərini inkişaf etdirmək və müasirtexnologiyalara əsaslanan silah və avadanlıq istehsalınıgenişləndirmək imkanı qazanırlar. Bu da TDT ölkələrinin müstəqilmüdafiə potensialını artırır və onları beynəlxalq təhlükəsizlikmühitində daha güclü edir", - politoloq qeyd edib.

Избранный
27
1
az.trend.az

2Источники