RU

SN-nin rəhbərliyi və kollektivi şəhid həkimlərimizin xatirəsini ehtiramla yad ediblər

Noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd olunur. Bu gün xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq, 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Qələbə Gününün 4-cü ildönümü ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, Səhiyyə Nazirliyinin Aparatı və tabeliyindəki qurumların rəhbər şəxsləri İkinci Fəxri Xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həkim və tibb işçilərinin əziz xatirəsi böyük ehtiramla anılaraq, məzarları üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin!

Избранный
31
3
bakivaxti.az

4Источники