RU

Qəhrəmanlığımızın rəmzi Zəfər Parkından - REPORTAJ

Xəbər verdiyimiz ki, bu gün Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər parkının açılışı olub.

APA xəbər verir ki, açılışda Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər.

Açılışdan sonra vətəndaşlar ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiramını bildirmək üçün Zəfər parkını ziyarət ediblər.

Vətən müharibəsi qazisi Salih Rəhmətzadə bildirib ki, Zəfər parkı çox gözəl salınıb: “Burada olmaq çox qürurverici hissdir. Bir yandan qəlbimiz şəhidlərə görə sızlayır. Bir yandan isə əbəs yerə döyüşməməyin qürurunu yaşayırıq. Allah şəhidlərimizə rəhmət etsin. Biz bu günü onlara borcluyuq".

Ehtiyatda olan zabit mayor Quliyev Anarın sözlərinə görə, biz bütün dünyaya göstərdik ki, heç də zəif xalq, millət deyilik: “Bizim siyasi və hərbi gücümüz var. 27 sentyabrdan başlayan haqq savaşımız 44 gün ərzində qürurla, alnı açıq yerinə yetirildi. Əlbəttə, döyüş itkisiz olmur".

O, bu gün xalqımızın həmrəyliyini xüsusilə vurğulayaraq bayram gününü Zəfər parkında qeyd etməsi münasibətilə hər kəsi təbrik edib: "Allah şəhidlərimizə rəhmət etsin, doğmalarına səbir versin."

Zəfər parkından fotoreportajı təqdim edirik:

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Məryəm Surxay

Selcan Zaurqızı

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Избранный
36
20
apa.az

10Источники