RU

Rusiya ilə Venesuela arasında ticarət dövriyyəsi 70% artıb

Son səkkiz ayda Rusiya ilə Venesuela arasında qarşılıqlı ticarət dövriyyəsi ötən illə müqayisədə 70%, qarşılıqlı turist axını isə təxminən 40% artıb. 

Bakıvaxtı.az "TASS"a itinadən xəbər verir ki, bu barədə Rusiya-Venesuela hökumətlərarası komissiyasının iclasında məlumat verilib.

İclasa Rusiya baş nazirinin müavini Dmitri Çernışenko və icraçı vitse-prezident, iqtisadiyyat üzrə vitse-prezident, respublikanın neft üzrə xalq hakimiyyəti naziri Delsi Rodriqes sədrlik ediblər.

"Rusiya-Venesuela münasibətləri hazırda yüksəlişdədir, bunu ikitərəfli əlaqələrin yüksək dinamikası və beynəlxalq platformalarda qarşılıqlı dəstək təsdiq edir. Rusiya Venesuela iqtisadiyyatının əsas sektorlarının, ilk növbədə neft-qaz sənayesi, dağ-mədən və aqrar-sənaye kompleksinin inkişafı üçün kapital və səriştələrə çıxışı təmin etməyə hazırdır", - deyə Çernışenko vurğulayıb.

Gülşən Şərif

Избранный
21
bakivaxti.az

1Источники