RU

Azərbaycan kikboksçusu iki qızıl medal qazandı

Azərbaycan kikboksçusu Eduard Məmmədov Yunanıstanın paytaxtı Afinada keçirilən Kikboksinqin WAKO versiyasında Avropa çempionatının "Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində 2 versiya üzrə yarışda 2 qızıl medal qazanıb.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu adını qazanmış idmançı bu barədə özü açıqlayıb.

 

O, "Light Contact" versiyasında italiyalı De Franko Marko və isveçli Ola Alvarssonu üstələdiyini bildirib. "Kick Light" versiyasında isə Ola Alvarsson və italiyalı Sqro Simyone Kalogeroya qalib gələrək 11-ci dəfə Avropa çempionu olduğunu vurğulayıb.

 

"Bu qələbəmi Zəfər Gününə və şəhidlərimizə həsr edirəm. Allah şəhidlərimizə rəhmət etsin! Zəfər Günündə bayrağımızı dünya arenasında iki dəfə ucaldıb, himnimizin səsləndirilməsinə nail oldum. Mənim üçün bu şərəf və fəxrdir. QARABAĞ AZƏRBAYCANDIR!", - idmançı bildirib.

Избранный
6
5
sfera.az

6Источники