RU

Postmoderndə modernizmin əl izi: Oğuz Atay və Kafka - Elnarə Qaragözova

Türkiyədə postmodernizm həm ədəbiyyatda, həm də incəsənətdə intensiv təzahür edir. Türk yazıçıları və sənətçiləri öz yaradıcılıqlarında müasir cəmiyyətin rəngarəngliyini vurğulayır və bu rəngarəngliyi əks etdirmək üçün müxtəlif üslub, texnika və janrları sınaqdan keçirirlər. Türkiyə postmodernizmində ənənəvi və müasir elementlərin qarışığından istifadə, simvollar və tarixlə postmodern oyun, eləcə də oturuşmuş sosial-mədəni normaların tənqidi kimi elementlər üstünlük təşkil edir. Postmodern türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Oğuz Atayın “Tutunamayanlar”, “Təhlükəli oyunlar” kimi romanları, eləcə də hekayələri postmodernizmin Türkiyə istiqamətinin parlaq nümunələridir. Oğuz Atayın “Unudulan” hekayəsi isə Türkiyə ədəbiyyatının maraqlı və çox müzakirə olunan nümunələrindəndir.Qeyd etməliyik ki, hekayədə postmodern estetika ilə yanaşı modernizmə xas elementlər də diqqəti cəlb edir. Bu elementlərin ən qabarıq təzahürü hekayədə məhz şüur seli texnikasından intensiv istifadədir. Türkiyə ədəbiyyatının digər məhşur romançısı olan Yusuf Atılqanın“Sərgərdan” (“Aylak adam”) romanı da eyni xüsusiyyətə malik bir əsər kimi diqqəti cəlb edir. Yusuf Atılqanın“Sərgərdan” (“Aylak adam”) romanı modernlə postmodern sərhəddində qiymətləndirilən bir əsərdir və bu gün də türk ədəbiyyatında Yusuf Atılganın bu romanının modernizmə yoxsa postmodernizmə aid olması ilə bağlı müzakirələr davam etməkdədir.

Oğuz Atayın “Unudulan” hekayəsi evin damındakı - çardaqdakıköhnə əşyaların arasında keşmişin qapısını tapan bir insanın monoloqundan ibarətdir. Aşağıda onu gözləyən indiki sevgilisi ilə qadının arasında bir tavan, daha doğrusu unudulan bir keçmiş dayanır. Hekayədə məkan olaraqevin çardağının - dar, tozlu bir yerin seçilməsi Frans Kafkanın modernizmestetikası ilə bənzərlik təşkil edir. Kafkanın “Proses” (“Məhkəmə”) əsərinin qəhrəmanı Yozef K. çardaqdakı dəftərxanaya gələrkən buradakı hava çox boğanaq olduğundan halı pisləşir və dəftərxana işçiləri onu bayıra çıxarmalı olurlar. Havaya çıxan qəhrəmanın halı yaxşılaşır, lakin onu çölə çıxaran dəftərxana işçiləri isə təmiz havada nəfəs ala bilmirlər. Burada ümumiyyətlə bu məhkəməyə və onun apardığı prosesə rəmzi bir işarə vardır. Yozef K. ona görə boğulur ki, bu mühitə yaddır, dəftərxana işçiləri üçün isə azadlıq, təmiz hava dözülməzdir. Frans Kafkanın əsərində ümumi kəsif dünyanın bir parçası olan məkan Oğuz Atayın hekayəsində yaddaşın məskənidir.İlk öncə uşaqlıq travmaları, ata-anası ilə bağlı xatirələr qadını özkeçmişindən diksindirir: “Dirseğiyle tozlarını sildi biraz. Beni de, kendilerini de anlamadılar. Ne kadar ağlamıştım. Aşağıda onlara bir yer bulabilirmiyim? Koridorda, sandık odasında... saçmalıyorum. Onları unutmadım, onları unutmadım. Babasının yüzünde gururlu bir somurtkanlık vardı. Aynı duvara aşamam onları. Evin düzenini hızla gözünün önünden geçirdi. Yan yana olmak istemezlerdi; mezarda bile.”Daha sonra xəyalmı yoxsa şizofrenik bir görüntü olduğu anlaşılmayan səhnə: “Feneri onun yüzüne tuttu: Aman Allahım! Eski sevgilisi yatıyordu yerde. Tozlanmış, örümcek bağlamış; tavan arasındaki her şey gibi. Kitap sandığına ve resim tahtalarına örümcek ağlarıyla tutturulmuş eski bir heykel gibi. Sağ kolu bir masanın kenarına dayalı; parmakları kalem tutar gibi aşağı kıvrılmış, boşlukta. Dizleri titredi, dişleri birbirine çarptı, ayağının altından kayıp gitti döşeme; kayarken de ayağına çarpan resim masası devrildi. Kol gene boşlukta kaldı: Örümcek ağlarıyla tavana tutturulmuştu. Bu eliyle ne yapmak istedi? Bir şeyler mi yazmaya çalıştı? Ne yazık, hiçbir zaman bilemeyeceğim. Sol el yerdeydi, bir tabanca tutuyordu. Ah! Kendini mi öldürdü yoksa? Olamaz! Bir şey yapsaydı ben bilirdim; her şeyi söylerdi bana. Öyle konuşmuştuk. Beni bırakmazdı yalnız başıma.” Aşağıda indiki sevgilisi, yuxarıda isə gəncliyindən xatirə intihar etmiş bir sevgilinin xəyalı... Əsərdə evin damındakı əşyalar, keçmiş sevgilinin xəyalı qadının şüuraltısını simvolizə edir. Qadın öz beyninin onunla oynadığı oyunun həm qurucusu, həm də qurbanı olur. Xatirələr seli monoloqla üzə çıxır, keçmişin bütün yaraları, peşmanlıqları bir tozlu çardaqda yallı getməyə başlayır. Aşağıdakı sevgilinin – şüurunsəsi ilə özünə gələn qadın keçmişin tozlu kitablarını satmaq niyyətinə geri dönür, şüuraltı məğlub olur. Kafkanın qeyd etdiyimizəsərindəki çardaqda dəftərxana yerləşir. Çünki Kafka üçün şüuraltı qanun kimi qüvvətli, öz diqtəsini yeridən bir amildir. Oğuz Atayın hekayəsində isə çardaq köhnə əşyaların saxlandığı bir yerdir. Çünki Oğuz Atay üçün şüuraltı insanın zəif nöqtəsi, unudulmağa məhkum keçmişdir.

Keçmiş heç bir zaman itmir, gözdən uzaq bir küncdə tətikdə gözləyir, zaman yetişəndə bu günü nişan alır. İnsanın keçmişi saxlama cəhdlərindən biri də gündəlik janrına müraciətdir. Maraqlıdır ki, həm Frans Kafka, həm də Oğuz Atay gündəlik janrına xüsusi maraq göstərmişlər.Kafkanın gündəliklərini maraqlı edən əsas cəhət onda şüuraltının tam çılpaqlığı ilə təzahür etməsidir. Kafkanın gündəlikləri oxucular tərəfindən əsl sənət əsəri kimi qəbul olunur. Burada həyat ədəbiyyatla qoşa addımlayır, yuxular reallığa qovuşur, şüuraltının mübhəm pıçıltıları eşidilir və oxucunu yazıçının daxili aləminə həyəcanlı səyahətə aparır. Oğuz Atayın gündəliklərindədə yazıçının yaşadıqları, əsərləri və ümumən türk ədəbiyyatı, türk ziyalısı ilə bağlı fikirləri öz əksini tapmışdır. Müəyyən məqamlarda kəskin ifadə tərzi ilə seçilsə də ümumən yeni tipli ədəbiyyatın formalaşmasına mühüm təsir göstərən bu düşüncələr həm də yazıçının daxili təlatümlərini, həyatla ölüm arasındakı gəliş-gedişlərini onun öz dilindən, senzurasız oxucuya çatdırdığına görə dəyərlidir.

Избранный
44
kulis.az

1Источники