RU

Ərdoğan: Ukraynadakı müharibə artıq bitməlidir

Ukraynadakı müharibə artıq bitməlidir.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə savaşın ilk günündən bəri danışıqların tərəfdarıdır: “Biz ilk gündən bəri hər iki tərəflə təmasları davam etdirdik. Gördük ki, problemin diplomatik yolla həll olunacağına inamımızı Qərb dəstəkləmir. ABŞ Prezidenti Donald Tramp dövründə məsələyə həll perspektivindən yanaşan iqtidar görsək, müharibəni asanlıqla bitirə bilərik. Daha çox silah, bomba və xaos bu müharibəyə son qoymaz. Sülhün qapısını ancaq daha çox danışıqlar və müzakirələrlə açmaq olar. Biz hər iki tərəfi eyni masa arxasına gətirməyi bacaran ölkəyik. Bunu dəfələrlə bacarmışıq və yenə bacara bilərik. Biz sülh üçün səy göstərdik və bu cəhdlərimizi davam etdirəcəyik”.

Dövlət başçısı, həmçinin söyləyib ki, ABŞ ilə Türkiyə arasında F-35 məsələsi var: "S-400 ilə bağlı bir proses var. F-35 məsələsi ilə əlaqədar Trampın prezidentliyi dövründə Türkiyədən danışarkən "Pulu verdilər, buna baxmayaraq siz hələ də təyyarələri vermirsiniz?" bəyanatları var. Görək indi proses necə inkişaf edəcək?!”.

R.T.Ərdoğan onu da söyləyib ki, Türkiyə terrorla mübarizəsini davam etdirəcək: “Geri addım atmayacağıq. Bu, müzakirə mövzusu deyil. Türkiyə özünü qorumaq üçün lazımi addımları atmaqdan çəkinməyəcək. Biz terrorla davamlı mübarizə aparırıq. Və son terrorçu öldürülənə qədər bu mübarizə davam edəcək”.

Избранный
8
12
musavat.com

10Источники