Azərbaycan Voleybol Federasiyasının kominikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.
İdman.biz xəbər verir ki, Gözəlbəyli qadın voleybolçular arasında Çelenc kubokunun 1/16 finalında “Rapid” (Rumıniya) və “Roma” (İtaliya) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Noyabrın 12-də Buxaretdə keçiriləcək oyunun hakimləri danimarkalı Morten Engborg Klein və bolqarıstanlı Milena Lazarova-Peeva olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
İdman.biz