RU

Gürcüstanın valyuta ehtiyatları AZALDI

Cari ilin on ayında Gürcüstanın valyuta ehtiyatları 1,4 milyard dollardan çox azalıb. Oktyabrın 31-nə olan məlumata görə, ölkənin valyuta ehtiyatları 4,1 milyard dollar təşkil edib, bu da 2022-ci ilin iyun ayından bəri ən aşağı göstəricidir. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Bankının hesabatında əksini tapıb. 

Bildirilir ki, təkcə oktyabr ayında valyuta ehtiyatları 627,5 milyon dollar azalıb.

Analitiklərin fikrincə, azalma Milli Bankın valyuta bazarındakı əməliyyatları, eyni zamanda, auksionda 382,1 milyon doların satışı ilə əlaqədardır. 

Bizim.Media

Избранный
6
11
bizim.media

10Источники