RU

“Volkswagen” 114 mindən çox avtomobili geri çağıracaq

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”-in ABŞ-dəki 114 min 478 avtomobilini hava yastığında yaranan problemə görə geri çağıracağı bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsindən (NHTSA) verilən açıqlamada, sözügedən qərarın 2017-2019 model “Beetle”, “Beetle Convertible”, 2012-2014 “Passat”, 2017 “Passat Wagon” və 2006-2007 “Passat Sedan” avtomobillərini əhatə etdiyi bildirilib.

Ümumilikdə "Volkswagen"-in cəmi 114 min 478 avtomobili geri çağıracağı açıqlanıb.

Açıqlamada sözügedən avtomobillərdə hava yastığında problemin olduğu qeyd edilib. Belə ki, sürücünün yan ön hava yastığı şişiricisi uzun müddət yüksək mütləq rütubətə və yüksək temperatura məruz qaldıqda partlaya bilər.

Qeyd olunub ki, şişiricinin partlaması nəticəsində kəskin metal parçaları sürücüyə və ya digər sərnişinlərə dəyə, ciddi xəsarət və ya ölümlə nəticələnə bilər.

Избранный
3
1
cebheinfo.az

2Источники