Rusiya Prezidenti Vladimir Putinin Donald Trampla telefon danışığı üçün ABŞ-ın hazır olması zəruridir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vzqlyad” qəzetinə Rusiya İctimai Palatasının qanun layihələrinin ictimai ekspertizası komissiyası sədrinin birinci müavini, Aleksandr Asəfov məlumat verib.
"Rusiya Amerika tərəfi ilə danışıqlara hazırdır. İki ölkə liderləri arasında söhbət yaxın vaxtlarda baş verə bilər. Putin və Tramp arasında mümkün danışıqların əsas gündəliyinə beynəlxalq təhlükəsizlik daxildir. Tramp və Putin Ukrayna münaqişəsini də müzakirə edə bilərlər", - Asəfov bildirib.
Müəllif: Əsəd Məmmədəliyev