1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mən komandanı bu vəziyyətdən çıxarmaq üçün gəlmişəm və görəcəyim işlər çoxdur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XIII turunun "Şamaxı" ilə görüşündən sonra "Nefçti"nin baş məşqçisi Samir Abasov bildirib.
O qeyd edib ki, "Neftçi"də görüləcək işlər çoxdur:
"Öncə Murad Məmmədovu təbrik edirəm. Çox yaxşı oyun keçirdi. Amma fasilədən sonra oyun tempimiz aşağı düşdü. Komanda olaraq fiziki hazırlığımız aşağı səviyyədədir. Qarşıdan millinin oyunları ilə bağlı fasilə gəlir. Bu fürsətdən istifadə etməyə çalışacağıq.
Azarkeşlərin bizi alqışlamaması məsələsi ilə bağlı çox danışa bilmərəm, amma nə edirlərsə, düz edirlər".