RU

Gürcüstanda təkrar seçkilər keçirilə bilər?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin ölkədəki parlament seçkilərində pozuntuların olması ilə bağlı ittihamlarını rədd edib.

Publika.az xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında təkrar seçkilərin olmayacağını bildirib.

Xatırladaq ki, Gürcüstan MSK-nın məlumatına görə, 26 oktyabrda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası qalib gəlib. Prezident Salome Zurabişvili və saxtakarlıq faktlarını açıq şəkildə bəyan edən müxalifət liderləri prokurorluqla əməkdaşlıqdan imtina edir və yeni seçkilərin keçirilməsini tələb edirlər.

Избранный
7
7
publika.az

8Источники