RU

Prezident Ərdoğan: Azərbaycan xalqının Zəfər Gününü ürəkdən təbrik edirəm

Bu gün Qarabağ Zəfərinin dördüncü ildönümünü böyük bir coşqu və qürurla qeyd edən can Azərbaycanı, Azərbaycan xalqının Zəfər Gününü ürəkdən təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qadın və Demokratiya Vəqfi (KADEM) tərəfindən “Süni İntellekt və qadınlar” mövzusunda təşkil edilən “VI Beynəlxalq Qadınlar və Ədalət Sammiti”ndə çıxışı zamanı deyib.

“Prezident İlham Əliyev qardaşımın simasında 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman mənsublarını ölkəm və millətim adından hörmətlə salamlayıram. Adlarını tarixə şərəflə yazdıran əziz şəhidlərimizin hər birini rəhmətlə yad edir, ruhları şad olsun deyirəm”- deyə Türkiyə Prezidenti bildirib.

Избранный
17
yeniazerbaycan.com

1Источники