RU

Tresor Mossi Burundi millisinə dəvət aldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın dayaq yarımmüdafiəçisi Tresor Mossi Burundi yığmasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Burundi yığmasını bu ay Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin matçları gözləyir. Mossinin komandası noyabrın 14-də Malavi yığmasını qəbul edəcək. Ayıb 19-da isə Burundi yığması Seneqal millisinin qonağı olacaq. Mossinin komandası qrup mərhələsində keçirdiyi ilk oyunda Malaviyə səfərdə 3:1 hesabıyla qalib gəlsə də, sonrakı bütün oyunlarda uduzub.

Tresor Mossi 2023-cü ilin avqust ayından “Sumqayıt”da çıxış edir. 23 yaşlı dayaq yarımmüdafiəçisinin bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, Azərbaycan klubunun heyətində indiyə qədər 42 oyuna keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Mossi ölkəsinin “Egl Nuar” klubunun yetirməsidir. O, 2021-ci ilin iyul ayında “Vesterlo”ya keçsə də, bu klubun əsas komandasında rəsmi matça çıxmayıb. Bu üzdən də gənc yarımmüdafiəçi bir mövsüm Lüksemburqun “Keryenq” klubunda icarədə olub.

Tresor 2020-ci ilin yanvar ayında debüt etdiyi Burundu yığmasında cəmi 8 oyuna çıxıb.

Избранный
43
arena.az

1Источники