RU

Ürək xəstəliyinin ilk əlamətləri...

Nəfəs darlığı və şişkinlik ürək xəstəliyinin inkişafının ilk əlamətləri ola bilər. Bundan əlavə, diqqət yetirilməli olan simptomlar arasında sinə ağrısı, həddindən artıq yorğunluq, əzalarda zəiflik və uyuşma, sürətli ürək döyüntüsü var.

SİA-nın məlumatına görə, bunu rusiyalı tibb məsləhətçisi Yekaterina Qerqesova bildirib.

Onun sözlərinə görə, orqanizmdən gələn yuxarıda göstərilən siqnallarla yanaşı, qan təzyiqi, xolesterin və trigliseridlərin səviyyəsinə də diqqət yetirmək vacibdir.

Oturaq həyat tərzi, pis vərdişlər və artıq çəki ürək və qan damarlarından patologiyaların riskini artırır.

Mütəxəssis həmçinin qeyd edib ki, infarktların 10 faizinə qədəri 40 yaşdan aşağı insanlarda olur.

Bu, mütəmadi olaraq testlərdən keçməli olduğunuzu göstərir. İnsanı hələ heç nə narahat etməsə belə...

Nazlı Almuradova

Избранный
31
sia.az

1Источники